Telefonunuz barədə
Bu təlimatda təsvir edilmiş simsiz cihaz
burada istifadə üçün təsdiq edilmişdir
WCDMA 850 və 2100 və GSM 850, 900,
1800 və 1900 şəbəkələri. Şəbəkələr
haqqında daha ətraflı məlumat əldə
etmək üçün xidmət təminatçınızla əlaqə
saxlayın.
Bu cihazdakı funksiyalardan istifadə
edərkən bütün qanunlara riayət edin və
müəllif hüquqları da daxil olmaqla, yerli
adətlərə, digər şəxslərin şəxsi işlərinə və
qanuni hüquqlarına hörmət edin.
Müəlliflik hüquqlarının mühafizəsi
müəyyən şəkillərin, zəng signalları
melodiyalarının və digər məzmunlu
funksiyaların surətinin çıxarılmasına,
dəyişdirilməsinə və ya köçürülməsinə
mane ola bilər.
Cihazınızda üçüncü tərəf İnternet saytları
üçün əvvəlcədən qurulan əlfəcinlər və
linklər ola bilər. Həmçinin cihazınız
vasitəsilə üçüncü tərəf saytlara daxil ola
bilərsiniz. Üçüncü tərəf saytlar Nokia-nın
himayəsində deyil və Nokia onlara görə
məsuliyyət daşımır. Əgər belə saytlara
daxil olmaq istəsəniz təhlükəsizlik və ya
məzmun üçün ehtiyat tədbirlərini həyata
keçirməlisiniz.
Xəbərdarlıq:
Zəngli saat istisna olmaqla bu cihazın
bütün imkanlarının istifadəsi üçün telefon
işə salınmalıdır. Simsiz cihaz maneə və
ya təhlükə törədə biləcəyi yerlərdə
telefonu işə salmayın.
Telefonun yaddaşında saxladığınız bütün
zəruri məlumatın rezerv surətlərini
çıxarmağı və ya yazılı qeyd etməyi
unutmayın.
Digər cihaza qoşularkən təhlükəsizliklə
bağlı ətraflı məlumatı əldə etmək üçün
Telefonuzu şəxsiləşdirin
7
onun istifadə təlimatını oxuyun. Uyğun
olmayan məhsulları qoşmayın.
Mühüm: Yalnız etibar etdiyiniz və zərərli
proqramlara qarşı müvafiq təminat təklif
edən xidmətləri istifadə edin.