SIM kartı və batareyanı quraşdırın
Batareyanı çıxarmazdan əvvəl həmişə
cihazı söndürün və adapteri çıxardın.
Bu telefon BL-4U batareyası ilə istifadə
edilmək üçün nəzərdə tutulub. Həmişə
orijinal Nokia batareyalarından istifadə
edin.
Bax "Nokia batareyasının
identifikasiya təlimatları" s. 39.
SİM kart və onun kontaktları asanlıqla
çızıqlar və ya əyilmə nəticəsində
zədələnə bilər, o baxımdan, kartı daxil
edərkən, toxunarkən və ya çıxararkən
ehtiyatlı olun.
1 Çıxarma düyməsini basın və arxa
qapağı açın. Batareyanı çıxarın.
2 SIM kart qısqacını açın. SIM kartı
kontakt yerləri üzüaşağı olmaq şərtilə
yerinə taxın. SIM kart qısqacını
bağlayın.
3 Batareya kontaktlarını gözdən keçirin
və batareyanı taxın. Arxa qapağı
yerinə taxın.