
Konfiqurasiya
Siz müəyyən xidmətlər üçün tələb olunan
parametrlərlə qurğunuzu qura bilərsiniz.
Bu parametrləri xidmət provayderinizdən
konfiqurasiya mesajı kimi qəbul edə
bilərsiniz.
Menyu
>
Parametrlər
>
Konfiqurasiya
və
aşağıdakılardan seçin:
Defolt konfiq. prmt. — Qurğunun
yaddaşında saxlanmış xidmət
provayderlərini nəzərdən keçirin və
standart xidmət provayderini quraşdırın.
Büt. proqr. def. aktiv — Dəstəklənən
proqramlar üçün standart konfiqurasiya
parametrlərini aktivləşdirin.
Üst. tutul. giriş nöqt. — Yaddaşda
saxlanmış giriş maddələrini nəzərdən
keçirin.
Qurğu menecer prm. — Qurğunun
proqram yeniliklərini əldə etməsinə icazə
verin və ya bunun qarşısını alın. Bu
opsiya sizin qurğunuzdan asılı olaraq
mövcud olmaya bilər.
Şəxsi konfiq. prmet. — Müxtəlif xidmətlər
üçün yeni şəxsi hesabı əlavə edin və
onları aktivləşdirin və ya silin. Yeni şəxsi
hesabı əlavə etmək üçün
Y. əlavə
və ya
Seçim
>
Yenisini əlavə et
seçin. Xidmət
növünü seçin və lazım olan məlumatları
daxil edin. Yeni şəxsi hesabı
aktivləşdirmək üçün
Seçim
>
Aktivləşdir
seçin.