Nokia 6600i slide - Sertifikat barədə məlumat (SAR)

background image

Sertifikat barədə məlumat (SAR)
Bu mobil cihaz radio dalğalara məruz qalma təlimatlarına

cavab verir.

Sizin mobil telefon radio qəbul ötürücüsü və edicisidir. Bu

cihaz beynəlxalq qaydalar tərəfindən tövsiyyə edilmiş radio

tezliyinə məruz qalma limitlərini aşmayan cihaz kimi

hazırlanmış və istehsal edilmişdir. Bu təlimatlar İCNİRP

müstəqil elmi təşkilat tərəfindən yaradılıb, belə ki, yaş həddi

və sağlamlıq nəzərə alınmadan, hər bir kəsin müdafiəsini

təmin etmək üçün hazırlanan təhlükəsizlik qaydalarından

ibarətdir.

Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi Absorbsiya

Dərəcəsi (SAR) kimi tanınan ölçü vahidi istifadə edilir.

ICNIRP təşkilatının təlimatında göstərilmiş SAR həddi 2.0

vat/kilogramdır (v/kg) 10 qram toxuma ortalamaqla. SAR

üçün testlər bütün sınaqdan keçirilmiş tezlik diapazonlarında

cihaz ən yüksək təsdiq edilmiş güc səviyyəsində məlumatı

ötürərkən standart iş vəziyyətində keçirilir. İstifadə edilən

qurğunun SAR səviyyəsi maksimal dərəcədən aşağı ola

bilər, çünki qurğunun ancaq şəbəkə ilə əlaqə yaratmaq üçün

enerji verməsi tələb olunur. Bu rəqəm bir sıra faktorun təsiri

ilə dəyişir; məsələn sizin şəbəkə baza stansiyasına nə qədər

yaxın məsafədə olmağınızdan asılıdır.

Bu cihazın qulaqda istifadəsi üçün ICNIRP təşkilatının

təlimatında göstərilən ən yüksək XAD dərəcəsi belədir 0,35

Cihaz aksessuarlarının istifadəsi SAR dərəcəsinə təsir edə

bilər. Milli hesabatçılıq tələblərindən və şəbəkə

diapazonundan asılı olaraq SAR dərəcələri fərqlənə bilər.

SAR barədə əlavə məlumat mal haqqında məlumatın

ardınca www.nokia.com saytında verilə bilər.

Təhlükəsizliklə bağlı əlavə məlumat

41

v/kq.