
Rəqəmli hüquqların idarəolunması
Məzmun sahibləri müxtəlif növ rəqəmli hüquqların
idarəolunması (DRM) texnologiyasından istifadə edib öz əqli
mülkiyyətini, o cümlədən müəllif hüquqlarını qoruya bilər. Bu
cihaz DRM ilə qorunan məzmuna daxil olmaq üçün müxtəlif
növ DRM-tipli proqram təminatından istifadə edir. Bu cihazla
siz WMDRM 10, OMA DRM 1.0, OMA DRM 1.0 forward lock
və OMA DRM 2.0 ilə qorunan məzmuna daxil ola bilərsiniz.
Əgər müəyyən bir DRM proqramı hər hansı məzmunu
mühafizə etmək qabiliyyətində deyilsə, bu halda həmin
məzmunun sahibi bu cür DRM proqramının yeni DRM ilə
mühafizə olunan məzmuna giriş imkanını ləğv etməyi tələb
edə bilər. Bu cür ləğvetmə artıq aparatınızda quraşdırılmış
DRM ilə qorunan məzmunun həmçinin yeniləşməsinə də
imkan verməyə bilər. Bu cür DRM proqramının ləğvedilməsi
digər tipli DRM proqramı ilə qorunan və ya DRM proqramı ilə
qorunmayan məzmunun istifadəsinə mənfi təsir etmir.
Rəqəmli hüquqların idarəsi (RHİ) tərəfindən qorunan tərkib
birgə fəallaşdırma düyməsi vasitəsilə görünür ki, bu da
tərkibdən istifadə etmək üçün Sizin hüquqlarınızı
müəyyənləşdirir.
Cihazınız OMA DRM ilə qorunan tərkibə sahibdirsə,
aktivləşdirmə kodları və tərkibin nüsxəsini çıxarmaq üçün
Nokia PC Suite proqramının nüsxə çıxarma funksiyasından
istifadə edin.
Əgər sizin cihazda WMDRM qorunan tərkib varsa, cihaz
yaddaşının formatlanması zamanı fəallaşdırma kodları və
tərkib itiriləcək. Sizin cihazınızdakı faylların pozulması
zamanı da fəallaşdırma düymələri və tərkibdən məhrum ola
bilərsiniz. Fəallaşdırma düymələri, və ya tərkibin itirilməsi
Sizin cihazınızda həmin tərkibdən təkrar istifadə etmək
imkanınızı məhdudlaşdıra bilər. Daha geniş məlumat almaq
üçün Sizə xidmət göstərən müəssisə ilə əlaqə saxlayın.