Nokia 6600i slide - Baxım və texniki qulluq

background image

Baxım və texniki qulluq
Sizin cihaz əla keyfiyyətli dizayn və sənətkarlıq məhsuludur

və ehtiyatla qorunmalıdır. Aşağıda göstərilən təkliflər

zəmanətin əhatə etdiyi sahələrin qorunmasına yardım

edəcək.

Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ

maye və rütubətin tərkibində eletron sxemlərin

korroziyasına səbəb ola biləcək minerallar ola bilər.

Cihazınız yaş olduqda batareyanı çıxarın və onu

yenidən yerinə yerləşdirənə qədər cihazın tam

qurumasını təmin edin.

Cihazı tozlu, kirli yerlərdə istifadə etməyin və

saxlamayın. Onun ayrıla bilən hissələri və elektron

komponentləri zədələnə bilər.

Cihazı isti yerdə saxlamayın. Yüksək temperatur

elektron cihazların istehlak müddətini qısaldır,

batareyaları zədələyir və müəyyən plastik hissələri əyir

və ya əridir.

Cihazı soyuq yerdə saxlamayın. Cihaz normal

temperatura qayıtdıqda cihazın içində nəmlik yarana

bilər bə bunun nəticəsində elektron sxemlərin plataları

zədələnə bilər.

Cihazı yalnız bu təlimatda göstərilmiş qaydada açın.

Cihazı yerə salmayın, taqqıldatmayın və ya

silkələməyin. Kobud rəftar daxili montaj platasını və

dəqiq mexanika elementlərini qıra bilər.

Cihazın təmizlənməsi üçün sərt kimyəvi

preparatlardan, təmizləyici həlledicilərdən və ya güclü

tozlardan istifadə etməyin.

Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri

tıxaya və müvafiq əməliyyatlara mane ola bilər.

Kamera, yaxınlaşdırıcı qurğu, və fotodetektor linzaları

kimi optik şüşələrin təmizlənməsi üçün yumşaq, quru

parça istifadə edin.

Yalnız təchiz və ya təsdiq edilmiş əvəzedici

antenalardan istifadə edin. Qadağan edilmiş

antenaların, modifikasiyaların və ya aksessuarların

istifadəsi sizin cihazı zədələyə bilər və radio

cihazlarının istifadəsini tənzimləyən qaydaların

pozulmasına səbəb ola bilər.

Batareyanı bağlı otaqda doldurun.

Cihazınızı xidmət şəbəkəsinə göndərdikdə həmişə

saxlamaq istədiyiniz məlumatın (əlaqələr və təqvim

qeydləri kimi) surətini çıxarın.

Optimal iş rejimi üçün cihaz vaxtaşırı söndürülməlidir,

bunun üçün cihazı söndürün və batareyanı çıxarın.

Yuxarıda göstərilən bütün təkliflər eyni dərəcədə sizin

cihazınıza, batareyaya, batareya doludran qurğuya və ya hər

hansı aksessuara şamil edilir. Hər hansı cihaz düzgün

Nokia batareyasının identifikasiya təlimatları

39

background image

işləmədikdə onu təmir üçün yaxınlıqda yerləşən səlahiyyətli

xidmət şəbəkəsinə aparın.