
Ənənəvi mətn daxiletmə
Arzuolunan simvol görünənə qədər 2-9
rəqəm düyməsini təkrar-təkrar basın.
Mövcud simvollar seçilən yazı dilindən
asılıdır.
Daxil etmək istədiyiniz növbəti hərf
əvvəlki ilə eyni düymədə yerləşirsə,
kursor görünənə qədər gözləyin və hərfi
daxil edin.
Ən sadə durğu işarələri və xüsusi
simvollara giriş əldə etmək üçün təkrar
olaraq 1 basın. Xüsusi simvollar
siyahısına giriş üçün * basın. Boşluqu
daxil etmək üçün 0 basın.